Bakı Avrasiya Kolleci, bütün işçi heyəti və təhsilalanları üçün sağlam və təhlükəsiz təhsil mühitini təmin etmək məqsədilə 24.10.2025-ci il tarixindən "Tüstüsüz Kollec" siyasətini tətbiq etməyə başlamışdır.
Bu istiqamətdə Bakı Avrasiya Kollecinin inzibati binasında, tədris otaqlarında, yeməkxanada, sanitar qovşaqlarda, həmçinin Kollecin bütün daxili və açıq ərazilərində tütün məhsullarının istifadəsi QADAĞAN EDİLMİŞDİR!
Qaydaların pozulması hallarında işçi heyəti və təhsilalanlar barəsində intizam məsuliyyəti tədbirləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Kollecdaxili Nizam-İntizam Qaydaları"na uyğun olaraq tətbiq ediləcək.
Təmiz və sağlam təhsil mühiti yaradılması
Tələbə və işçilərin sağlamlığının qorunması
Rahat və təhlükəsiz təhsil şəraiti
🌿 Sağlam yaşam - parlaq gələcək! 🌿